Общество

Госпошлина смены цвета машины с помощью виниловой пленки составляет 37 манат. ОФИЦИАЛЬНО

Son dövrdə avtomobillərin üzərinə vinil vurulması xeyli dəb halını alıb. Avtomobil sahibləri "4 çarxlı dostlarına" yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs görəsən avtomobilin üzərinə vinil vurmaq üçün hansı prosedurdan keçmək lazımdır?
 
BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, avtomobilinə vinil vurdurmaq istəyən sürücü qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir:
 
 
"Hansı formada vinilin vurulması razılaşdırıldıqdan sonra texpasportda (qeydiyyat şəhadətnaməsi) qeydiyyat aparılır. Avtomobilin qeydiyyatda olduğu qeydiyyat imtahan məntəqəsi üzrə prosedur həyata keçirilir. Bu sadə üsulla məsələni həll etmək olur".
 

 
"Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov isə BAKU.WS-ə açıqlamasında bildirir ki, avtomobilə vinil vurub rəngi dəyişdikdən sonra nəqliyyat vasitəsini sürmək olmaz: "Sürücü DYP-nin Dövlət qeydiyyat imtahan texniki baxış şöbəsinə getməlidir. Avtomobilin rəngi dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 20 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 17 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir".
 
Ekspert qeyd edir ki, qanunla vinilin istifadə olunmasının qadağan edilmədiyini bildirir. Onun sözlərinə vinildən istifadə sürücülər üçün heç də sərfəli deyil: "Belə ki, vinil özü tez sıradan çıxdığı üçün sürücü əlavə xərcə düşür. Bundan başqa, vinil adətən "matovı" rəngdə olduğu üçün qarşıdan gələn avtomobilin sürücüsü gecə sizin nəqliyyat vasitənizi görməkdə çətinləşir".
 

 
"Avtostop" layihəsinin rəhbəri Tural Yusifli də bir müddət öncə avtomobillərə vinil vurulması proseduru ilə bağlı şərh verib. Onun sözlərinə görə, ümumiyyətlə sürücünün avtomobilə vurduğu rəng məhz onun seçimidir: "Vinil vurulması heç bir halda qadağan edilə bilməz. Bu qadağa müəyyən olunmuş qanun, standartla əsaslandırılmalıdır. Sadəcə yox deyə bilmərik. Vinil avtomobilin rəngini dəyişmək üçün istifadə edilən bir materialdır. Sürücü seçimini özü edir. Bu sürücünün  seçimidir. Bu seçimə görə isə o, pul ödəyir. Bu seçimi isə DYP qanunla əsaslandıra bilmirsə, mütləq qeydiyyata almalıdır". 
 
Qeyd edək ki, avtomobilinizə vinil vurdurmaq istəyirsinizsə. 055 242-00-07 nömrəsi ilə əlaqə saxlayın. BAKU.WS-in adını çəksəniz endirim alacaqsınız.
Источник: baku.ws

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей