Спорт

Proteinshop - лучший интернет-магазин спортивного питания. ФОТО

Proteinshop.az – Azərbaycanda bir neçə filialı olan, həm onlayn həm də mağazalar şəklində fəaliyyət göstərən şirkətdir. Əsas məqsədi alıcılarına yüksək keyfiyyətli idman qidalarını təqdim etmək olan bu təşkilatın əsasını gənc iş adamı Roman Şeydayev qoyub. 2003-cü ildə bünövrəsi qoyulan bu şirkətin sahibi, böyük ambisiyalara malik Roman Şeydayev , böyük addımlarla öz məqsədinə doğru irəlilədi. Nəhayət 2011-ci ildə Elit ticarət mərkəzinin 5-ci mərtəbəsində Azərbaycanda ilk idman qidası mağazası açılır. Buna qədər idman qidaları ya trenajor zallarında, ya da apteklərin bir köşkündə satılırdı. Proteinshop.az bir ilkə imza ataraq bütöv bir satış məntəqəsini idman qidaları kontinqentinə həsr etdi.

Uzun illər boyu onlarla idman qidası markaları ilə birbaşa əməkdaşlıq edən bu unikal şirkət, topladığı bilik və təcrübələrindən istifadə edərək ölkəmizdə layiqincə təmsil edə biləcəyi brendlərin axtarışına başlayır. Əsas məqsəd Azərbaycan alıcısına həm keyfiyyətli, həm də sərfəli qiymətə ala biləcəyi məhsulu təqdim etmək idi. Uzun sürən axtarış və testlərin sonunda Proteinshop.az heyəti 2 Avropa mənşəli dünya brendinin xeyrinə seçim edir. Əsası İngiltərədə qoyulan Amix və MyProtein şirkətləri ilə danışıqlar başladı. Proteinshop.az ailəsinin iki fəxri üzvü, Roman Şeydayev və Orxan Hümbətov şəxsən bu iki dünya brendinin fabriklərində olub, istehsal prosesi ilə yaxından tanış olublar. Nəhayət şirkətlərin baş ofislərində əməkdaşlıq haqqında sənədlər imzalanır. Qısa müddətdə qarşıya qoyulan şərtləri layiqincə yerinə yetirən Proteinshop.az şirkəti 2016-cı ildə Amix Nutrition brendinin, 2017-ci ilin əvvəllərində isə MyProtein brendinin distributor haqqlarına sahib olur. Bununla da, Azərbaycanda bir neçə dünya brendini rəsmi təmsil edən ilk idman qidası mağazası olur.

Bütün bunlarla kifayətlənməyən Proteinshop.az heyəti daha bir ilkə imza atmağı qərara alır. Beləliklə Azərbaycanda idman qidalarına həsr olunmuş ilk tanıtım sərgisi təşkil olunur. 4-8 mart tarixlərində MyProtein brendinin, 20-24 mart tarixlərində isə Amix Nutrition brendinin tanıtım sərgisi keçirilir. Bu sərgidə dünya şöhrətli bodybuilder, İFBB-Pro və 2014-cü il Arnold Klassikin qalibi Denis Wolf da iştirak etmişdir.

Mağazanın onlayn fəaliyyəti 2003-cü ildə facebook səhifəsindən başlayır. Daha sonra, 2011-ci ildə proteinshop.az və vitaminshop.az saytlarımız fəaliyyətə başlayır. Dünya brendləri ilə əməkdaşlıqdan sonra onlayn fəaliyyətə daha profesyonal yanaşaraq proteinshop.az saytı yenidən tərtib olunur və 2017-ci ildə istifadəsi rahat və göz oxşayan dizanı ilə tam yeni sayt öz fəaliyyətinə başlayır. Proteinshop.az saytını digərlərindən fərqləndirən əsas amil, ona əlavə olunan hər bir idman qidasının rəsmi mənbələrindən alınan məlumatlara və ingilis dilindən tərcüməsinə əsaslanan detallı təsvirinin olmasıdır.

Hal-hazırda Proteinshop.az şirkətinin Bakı şəhərində 2, Gəncə şəhərində isə 1 filialı fəaliyyət göstərir.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей