Общество

Позор в азербайджанcких отелях: у нас есть красивые девушки...

- İş ilə bağlı oğlumla birgə rayona getdik. Mehmanxanaya girib otaq bron etmək istədik. Qeydiyyatçı oğluma dedi ki, “nəyinə lazımdır bu, bizdə qəşəng qızlar var.” Çətinliklə bədbəxti oğlumun əlindən aldım. Təkcə burnunun altında deyirdi ki, “Qaqaş, *..ox yedim, sənin anan mənim anamdır.” 



Yerli forumların birində yer alan bu yazını kim ciddi, kim isə zarafat hətta lətifə olaraq qəbul edə bilər. Amma acı həqiqət odur ki, Azərbaycan vətəndaşaları ölkə hüdudlarında istər iş, istərsə də turist sərəfləri zamanı mehmanxanada gecələmək istəyəndə əsil başağrısı və macəra ilə üzləşir. Çünki mehmanxanada qalmaq istəyən yerli cütlüklər, obyekt yiyələri qənaətinə görə, məramlarından asılı olmayaraq əxlaqsızlıq ilə məşğul olmağa gəlib.

 

Azərbaycanda 21-ci əsrdə “turizm aparteidi”

 

Bu “əxlaqsızlığın” qarşısını isə ancaq müştəridən tələb olunan nikah şəhadətnaməsi ala bilər. Qısası. Şəhadətnamə varsa Xoş gəldin, yoxdursa - Xoş getdin. Əlbəttə söhbət dünyaca məşhur mehmanxana şəbəkələri, paytaxt Bakıdakı əksər otellərindən getmir. Bununla belə, elə həmin Bakının bir neçə mehmanxaları, bölgələrdəki otellər bu təcrübəyə əl atır. Maraqlıdır ki, xarici vətəndaşdan bu kimi sənəd heç tələb olunmur.

 
Azərbaycanda mehmanxna və mehmanxana tipli obyektlərlə yerləşdirilmiş şəxslərin sayı (2012-2016)

 
Yəni, 21 əsrdsə Azərbcaycanın turizm sektorunda əsl aparteid yəni ayrı-seçkilik yaşanır. Necə ki ötən əsrin ikinci yarısında Cənubi Afrika Respublikasında ağdərli vətəndaşların qaradərililərlə müqayisədə daha çox hüquqları, imtiyazları var idi, indi də əcnəbi turist (şərti olaraq ağdərli) daxili turist olan Azərbaycan vətəndaşından (şərti olaraq qaradərli) daha çox hüququ var imiş. Özüdə təcrübədə bu ayrı-seçkilik müxtəlif formalarda təzahür olunur: vətəndaşlığı (azərbaycanlı, qeyri-azərbaycanlı), cinsi (qadın, kişi) və hətta yaşayış yerinin qeydiyyatı üzrə.

 

 

Hörmətsizlik yoxsa qanunsuzluq? Hər ikisi

 

Azərbaycanın Turizm Assosiasının sədri Nahid Bağırov əmindir ki, nikah şəhadətnaməsi tələbi Azərbaycan vətəndaşına qarşı hörmətsizlikdir.

 

"Nikah haqqında şəhadətnamənin tələbi qanunsuzdur. Müştəri şəxsiyyət vəsiqəsi təqdim etdikdə mehmanxana onu qəbul etməlidir. Əgər mehmanxana bunu etmirsə, bu artıq Azərbaycan vətəndaşına və ökənin şəxsiyyət vəsiqəsinə hörmətsizlikdir.”

 

“Bu obyekt yiyələri şantaj olunur”

 

Amma necə deyərlər imam üçün ağlayanda, bir dəfə yezid üçün ağlamaq lazımdır. Mehmanxana yiyələri bu qərarı öz bizneslərin itirməsi qorxusu ilə bağlıyır, əmindir hüquq müdafiəçilər. Onların qənaətinə görə, bəzi hüquq-mühafizə orqanların əməkdaşları obyekt yiyələrinə aşılayıb ki, mehmanxanada yetkinlik yaşına çatanlar ararında nikahdankənar cinsi əlaqə fahişəlik, insan alveri, mehmanxananın özünü isə əxlaqsızlıq yuvasıdır kimi qiymətləndirilir. İradə Cavadovanın sözlərinə görə, mehmanxana sahibləri başları ağrımasın deyə məhz bu əsassız və qeyri-qanuni tələbi irəli sürür.

 

“Şəadətnamənin tələbi absurd bir şeydir. Ora gecələmək gələn dini nikah da ola bilər, qohumlar, dostlar, elementar vəsaiti çatmayan insanlar ola bilər. Lakin bu obyekt yiyələri şantaj olunur, əlavə pul alınır və bununla bağlı hər hansl tədbirdə görülmür. Belə hadisələr mövcuddur.”

 

Hüquq müdafiəçisinin qənaətinə görə, dünya təcrübəsində analoqu olmayan addım atmaq olar: cütlük öz razılığı ilə bir otaqda qalması barədə ərizə doldurmasının tətbiqi. 


Bəs hazırda müştəri bu kimi məsələ ilə rastlaşsa nə etməlidir?
 

“Uzun” çıxış yolu 

Müştəri polisə, prokurorluğa, ombudsman aparatına, nəhayət mədəniyyət və turizm nazirliyinə müraciət edə bilər. Sonuncular isə bu kimi hal yarananda məhkəməyə müraciət etməyə tövsiyyə edir. Lakin sirr deyil ki “Azərbaycan mentaliteti” və ya “milli dəyərlər” anlayışları müştərini bu məsələni məhkəməyə çıxartmaq və ya ictimayyətləşdirmək fikirindən daşındırır.

 

“Qısa” çıxış yolu 

Cütlük həmin mehmanxanada 2 otaq bron edir. Lakin bu müştərinin büdcəsinə təsir edir.

 

“Heç kəs insanın istirahət hüququ pozula bilməz” 

Hər bir hüquqi dövlətdə olduğu kimi Azərbaycanda da insanların istirahət hüququ Konstitusiyada təsbit olunub. Ali Qanunumuzun “İstirahət hüququ” adlanan 37-ci maddəsində göstərilir ki, hər kəsin istirahət hüququ vardır və heç kəs bu hüququ poza bilməz. Bəs nə baş verir?

 

Hələ bir neçə il əvvəl Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən yerli KİV-ə bildirmişdilər ki, Baş İdarə heç bir hotel və mehmanxanaya nəzarət etmir, bu onların səlahiyyətindəki məsələ deyil.

 

Köhnə hamam, köhnə taz

 

Amma təcrübə göstərir ki, vəziyyət tam dəyişmir ki, dəyişmir. Əxlaqsızlıq barədə “nağıllar” danışan kim, mehmanxanada gecələmək istəyən Azərbaycan vətəndaşından nikah şəhadətnaməsi tələb edən kim. Vəziyyət o həttə çatıb ki, bu “qayda-qanun” dünyaca məhşur booking.com mehmanxana axtarış sistemində belə öz əksini tapıb. Azərbaycanda gecələmək üçün yer axtarışa verəndə, bəzi mehmanxanalar barədə verilən məlumatın sonunda bu “qayda-qanunla” bağlı hətta bir qeyd var. 

 
 

Düzdür, Özbəkistanda bu qadağa geniş yayılıb amma bunun daxili turistimiz üçün nə dərəcədə təsəlli olub-olmaması sual altındadır. 

 

“Ölkəmizin imicinə, reputasiyasına xələl gətirən adamlar cəzalanmalıdır” 

Qeyd olunduğu kimi, əcnəbi vətəndaşa bu “qayda-qanun” şamil edilmir. Amma bu saytdan istifadə edən milyonlarla insan Azərbaycandakı bu ayrı-seçkiliyi görür və onlarda Azərbaycan barədə heç də ürəkaçan fikir formalaşmır. Yekunda ölkə imicinə, reputasiyasına zərər dəyir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində də bu məsələnin əsl səbəblərinə toxunub.

 

“Bəzən otellərdə gəlir hüquq-mühafizə orqanları əsassız müdaxilə edirlər. Qonaqları incidirlər, güya ki onlar burda hansısa normaları gözləyir. Onun arxasında təmənna var, pul qopartmaq, cibimə doldurmaq. Buna sona qoyulmalıdır. Bu barədə mən dəfərlərlə demişəm, bir də deyirəm.”

 

Источник: baku.ws

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей