Общество

Bakıda kişinin 'Unibank'ın şirkətinə hücum etməsinin SƏBƏBİ BİLİNDİ (VİDEO)

Ötən gecə Bakıda baş verən xuliqanlıq hadisəsi ilə bağlı təfərrüat məlum olub. 

Hadisə ilə bağlı "Unibank" KB-dən Trend-ə bildiriblər ki, həmin şəxsin "Unicapital" ilə heç bir əlaqəsi yoxdur, o, sərxoş olduğundan nə etdiyini bilməyib:

"Ötən gecə saat 19.00 radələrində həddən artıq içkili və əlində kəsici alət olan bir şəxs "Unicapital" İnvestisiya şirkətinin Rəşid Behbudov küçəsi 142 D ünvanında yerləşən ofisinə hücum edərək, ofisin şüşəsini sındırıb, avadanlıqlara ciddi ziyan yetirib. Ofisin qarşısında başqa vətəndaşlara məxsus maşınlara da ziyan vurub. Hadisə barədə dərhal polis idarəsinə məlumat verilib və şəxs yaxınlıqdakı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb".

Adıçəkilən şirkətin rəhbərliyi tərəfindən Nəsimi rayon Polis idarəsinin 21-ci bölməsinə baş vermiş hücum hadisəsi və əmlaka vurulmuş ziyana görə şikayət ərizəsi təqdim edilib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей