Экономика

Telman İsmayılovun tikdirdiyi otel yenidən açılır - 7 gecəsi 56 min AZN

Azərbaycanlı milyarder Telman İsmayılovun tikdirdiyi 5 ulduzlu oteli "Mardan Palace" yenidən xidmətə başlayır. 

 
İş adamının əlindən alınan otel 25 aprel tarixindən yenidən işi başlayacaq. Rusiyanın Turagentliyi Aassosiasiyası (ATOR) bu barədə məlumat yayıb. 
 
Məlumata görə, mehmanxanaya artıq bir neçə turagentlik turlar təşkil etmək üçün sifarişlər qəbul edir. Qiymətlərinə görə Antalyada ən bahalı oteli sayılan "Titanic Mardan Palace"da yeddi gecə üçün (2 nəfər üçün) 263 min 723 rubl (6,804 AZN) ödəmək lazımdır. Oteldə ən bahalı nömrənin qiyməti 2 milyon 188 min 743 (56,469 AZN) rubldur. "King Suite" adlanan nömrənin qiyməti 7 gecə üçün nəzərdə tutulub. 
 
Qeyd edək ki, bu otel Telman İsmayılov tərəfindən atasının şərəfinə 2009-cu ildə Antalyada tikilib. "Mardan Palace" 2015-ci ildə hərracda 360,5 milyon lirəyə (təxminən $124 milyon) Halkbank-a satılmışdı.
 
2017-ci ilin avqustunda isə otel sifarişlər olmadığı üçün xidmətləri dayandırıb. Yaranan borclara görə 2017-ci ilin ilin payızında otelə su və elektrik enerjisi verilişi dayandırılıb. /baku.ws

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей