Общество

Mübariz İbrahimovla bağlı 'hekayə'yə Nazirlikdən münasibət: 'Biz heç nə edə bilmərik'

Son günlərdə alternativ 5-ci sinif ədəbiyyat dərsliyində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında yazılan “Qisas” hekayəsindəki, milli qəhrəmanın ölümü ilə bağlı nöqsana Təhsil Nazirliyindən münasibət bildirilib.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata əsasən Təhsil Nazirliyi bu barədə heç bir tədbir görməyəcək. Bunu nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov deyib: “Biz bu barədə heç nə edə bilmərik, hər kəsin kitab çıxarmaq və satmaq hüququ var”.

Cəsarət Valehov həmçinin milli dəyərlərimizin uşaqlara yanlış təbliğatının məsuliyyətini isə kitabın və hekayənin müəlliflərinin daşıdığını, bu barədə də Təhsil Nazirliyinin heç bir tədbir görməyəcəyini bildirib.

Qeyd edək ki, alternativ 5-ci sinif ədəbiyyat dərsliyinə çap qrifi Təhsil nazirliyi tərəfindən verilib və burada Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan “Qisas” adlı hekayədə onun intihar etməsi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yer alıb. Dərsliyin müəllifi Afət Süleymanova, dərslikdə çap olunan “Qisas” hekayəsinin müəllifi isə İbrahim Vahabovdur.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей