Спорт

Millimizin yeni baş məşqçisi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, AFFA milli komandamıza baş məşqçi təyin edib. Qurumun İcraiyyə Komitəsinin bu gün SOCAR-ın inzibati binasında keçirilən iclasında Nikola Yurçeviçin milli komandamıza rəhbərlik etməsi barədə qərar qəbul olunub.

 
Fanat.Az xəbər verir ki, Nikola Yurçeviç 14 sentyabr 1966-cı ildə Xorvatiyanın (həmin vaxt Yuqoslaviya) Zaqreb şəhərində dünyaya gəlib. Futbolun sirrlərini şəhərin ən böyük və Xorvatiyanın ən titullu klubu "Dinamo"da başlayıb. 1984-cü ildə - 18 yaşında Zaqreb klubunun əsas heyətinə yüksəlib. Lakin 2 il burda çıxış etsə də, əsas heyət üzvünə çevirilməyib. 1986-cı ildə şəhərin eyniadlı komandasına transfer olunub və növəti 2 ili də burda keçirib. 1988-ci ildə ölkədən kənara çıxıb və Belçikanın "Royal Antverp" klubuna keçib. Lakin internet mənbələrinə görə bir mövsüm ərzində bu komandada cəmi bir çempionat oyununa çıxıb.
 
Millimizin yeni baş məşqçisinin növbəti dayanacağı Avstriyanın "Zalsburq" klubu olub. O, özünü məhz bu komandada yaxşı tərəfdən göstərə bilib. 1991-1995-ci illərdə bu komandada çıxış edən hücumçu 130 çempionat matçında 42 qola imza atıb. 
 
1995-ci ildə Almaniyaya üz tutan Yurçeviç "Frayburq"la müqavilə bağlayıb. 2 ildən sonra yenidən "Zalsburq"a dönüb və 1999-cu ildə futbolçu karyerasını başa vurub.
 
O, futbolçu karyerası ərzində ən böyük uğurlarını məhz "Zalsburq"la qazanıb. Belə ki, 1993/94 və 1994/95 mövsümlərində Avstriya Bundesliqasının qalibi olan Yurçeviç 1993/94 mövsümündə ölkə kubokunun gümüş medalına sahib çıxıb. Həmin mövsümdə bombardiri də olub. 
 
Yurçeviç 1990-1996-cı illərdə Xorvatiya millisinə dəvət alıb. Bu müddətdə 19 oyuna çıxan hücumçu 2 qola imza atıb.
 
2002-ci ildə məşqçiliyə başlayan Yurçeviç elə də böyük uğurlara imza atmayıb və əsasən köməkçi kimi fəaliyyət göstərib. 2002/03 mövsümündə Xorvatiyanın "Zaqreb" çalışdırıb və növbəti mövsüm yetirməsi olduğu "Dinamo"ya rəhbərlik edib. O, baş məşqçi kimi azsaylı nəticələrini də məhz burda qazanıb. Belə ki, Zaqreb klubu onun rəhbərliyi altında 2003-cü ildə Xorvatiya Super Kubokunu, 2004-cü ildə ölkə kubokunu qazanıb.
 
Millimizin yeni baş məşqçisi 2005-ci ildə Avstriyanın "Zalsburq" və Xorvatiyanın "Slaven" klublarına baş məşqçi təyin olunsa da, qısa zaman sonra qovulub. 
 
2006-cı ildən sonra isə köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Belə ki, o, 2006-2012-ci illərdə Xorvatiya millisində, 2012-2013-cü illərdə Moskva "Lokomotiv"ində, 2013-2015-ci illərdə "Beşiktaş"da, 2015-2017-ci illərdə "Vest Hem"də məşqçi işləyib. Bütün komandalarda Slaven Biliçin köməkçisi olub.
 
2018-ci ildə yenidən "Dinamo"nun baş məşqçisi olub və komandanı ölkə çempionu edib. Amma daha sonra postundan kənarlaşdırılıb.
 
Fanat.Az

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей