Происшествия

Bakıda 17 yaşlı oğlana insanlığa sığmayan İŞGƏNCƏ verildi: Bədənində salamat yer yoxdu - FOTO (YENİLƏNİB)

Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən Ailəsi tərəfindən işgəncələrə məruz qalmış 17 yaşlı oğlan dilənçiliyə məcbur edilirmiş. 

Kəmalə Ağazadə BAKU.WS-əaçıqlamasında bildirdi ki, artıq sözügedən yeniyetmə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib:

"Hadisə var və bu qaşılmazdır. Bu hadisəni ictimailəşdirməkdə məqsədimiz odur ki, məsələ daha ciddi araşdırılsın. Bu uşaq uzun müddətdir Əhmədli qəsəbəsi ərazisindəki kafelərin birinin yaxınlığında dilənçilik edirdi. 

Həm fiziki, həm də zehni qüsuru var. Acınacaqlı məqam budur ki, artıq psixotrop maddələrdə asılı vəziyyətə gətirilib. Bu zərərli vərdişlər belə uşaqlarda çox kiçik yaşlarından formalaşdırılıb. Oğlanın qıcolmaları var. Bu cür travmalar almış biri ancaq gülür. Bədənində işgəncə izləri var. Ayağındakı yaranın qanqrenaya çevrilmə ehtimalı var. Çox dərin yanıq yaraları var. Neçə gündür sarğılar edirik. Çox ciddi haldır. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Təhdiqatın inkişafına mane olmamaq üçün bundan artıq açıqlama vermək istəməzdim". 

Zülfiyyə Qurbanova
BAKU.WS


11:36

Azərbaycanda 17 yaşlı oğlan ailə üzvlərindən biri tərəfdən işgəncələrə məruz qalıb.

BAKU.WS
 xəbər verir ki,  bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

İB sədri sığınacağa yerləşdirilmiş yeniyetmənin fotosunu paylaşaraq yaşadığı dəhşəti yazıb: 

"Yeni sakinimiz.. Durumu bərbaddır. Yaşadıqları heç bir insanlığa sığmır... 17 yaşında birinə necə işgəncə vermək olar ki, bədəndə salamat yeri qalmasın. Ən dəhşətlisi isə budur ki, bütün bunları edən heç də yad biri deyil. Qanından-canından olan biridir.

Başındakı yanıq zədəsini isə qıcolma zamanı peç üstünə düşəndə alıb".

Zülfiyyə Qurbanova
BAKU.WS


ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей