Общество

Bakıda şok olay: canlı yayımda 46 ildən sonra anasının kim olduğunu öyrəndi - VİDEO

Azərbaycan bu şok olaydan danışır.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, Aydın adlı şəxs 46 il sonra anası bildiyi, onu böyüdüb boya-başa çatdıran Sona adlı qadının, əslində, doğma valideyni olmadığını öyrənib. Aydının əsl anasının Bərdədə yaşayan Bəsti adlı qadın olduğu bildirilib. Qadın insult keçirdiyindən hazırda komadadır.

"Bizimləsən"də Aydınla doğma bacısı hesab edilən qadından götürülən DNT analizinin cavabı hər kəsi şoka salıb. Analizdən məlum olub ki, bacı-qardaş olduqları deyilən Aydınla bacısı arasında heç bir uyğunluq müşahidə edilməyib.

 

Aydının bacısı "Anam dedi ki, məcburi bir evliliyim olub. Mən o şəxsi tanımıram kimdir. Anam da komada olduğu üçün biz ondan heç nə soruşa bilmirik" deyib. 

Tükürpədən ailə dramının təfərrüatı videoda:

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей