Происшествия

Sumqayıtda ağır qəza - Ölənlər var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb.

Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей