Общество

Azərbaycanda yeni yaradılan PORNO şirkətə ETİRAZ

Azərbaycanda yeni yaradılacaq əxlaqsız film şirkəti və onların hazırlayacaqları filmlər üçün xanım və bəylərin seçim elanı yayımlanıb. Yayımlanan bu elan isə birmənalı qarşılanmayıb.

BAKU.WS
 bizimyol.info-a istinadən xəbər verir ki, “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, ehtiyyatda olan polis polkovniki Şəmsəddin Əliyev bu cür elan və təbliğatların birbaşa olaraq Azərbaycan xalqına qarşı təhqir olduğunu bildirib:

“Azərbaycan hüquqi dövlətdir, həm də bizim bayrağımızda İslamçılığın rəmzi olan yaşıl rəng də var. Dinimizdə də belə bir şeylər yasaq buyurulur, hətta biz Qurani Kərimə də istinad edə bilərik. Ölkə başçısı da inaqurasiya mərasimində bir dəfə əlini Qurana, bir dəfə də Konstitusiyaya qoyaraq sədaqət andı içdi. Heç bir müsəlman əxlaqsızlıq yayan materialların təbliğində, təşviqində, eləcə də kimlərinsə belə işlərə cəlb edilməsində iştirak edə bilməz.

Ölkənin qanunvericiliyi də bunu konkret olaraq qadağan edir. Hətta Cinayət Məcəlləsində də müvafiq müddəalar var. Birmənalı şəkildə Azərbaycan vətəndaşlarının mənəviyyatına toxunan, onların təlim-tərbiyəsini, əxlaqını pozan, buna təşviq edən hallar qadağan edilir. Ədliyyə Nazirliyinin də belə bir şirkətlərin qeydiyyatdan keçərək rəsmi şəkildə fəaliyyət göstərməsinə icazə verəcəyini düşünmürəm. 

İnanmıram ki, polis həmin kampaniyanın əleyhinə çıxan insanları saxlasın, onları cərimələsin. Bunlar hədə-qorxu gəlmək xarakteri daşıyır.

Bu cür şirkətlərin açıq-aşkar şəkildə insanları belə şeylərə cəlb etməsi, çağırış etməsi, təbliğat aparması birmənalı olaraq Azərbaycan xalqına qarşı təhqirdir”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей