Происшествия

Şəmkirdə ağır qəza: bir ailə məhv oldu - YENİLƏNİB + FOTO/VİDEO

Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib.

Bunu trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

Qurum sözçüsü bildirib ki, avtobus tikintidə işləyən şəxsləri daşıyırmış:

"20-EA-747 dövlət nömrə nişanlı mikroavtobus fərdi şəkildə hansısa şirkətlə müqavilə əsasında fəaliyyət göstəri. O, yaxınlıqdakı tikinti sahəsində çalışan şəxsləri daşıyarkən minik avtomobili ilə toqquşub. Ölən şəxslər isə minik avtomobilinin sərnişinləri olub".

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

-----------

17:38

Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində xəsaərt alan şəxslərin kimliyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralananlar Şəmkir və Samux rayon sakinləridir.

Xəsarət alanlar 2004-cü il təvəllüdlü Gülməmmədova Gülbahar Qüdrət qızı, 1954-cü il təvəllüdü Qəmbərova Gülsənəm İslam qızı, 1986-cı il təvəllüdlü Süleymanova Dürdanə Malik qızı, 1976-cı il təvəllüdlü Yahyayeva Ruhiyyə Rafiq qızı, 1967-ci il təvəllüdlü Məmmədova İradə Abdulla qızı, 1938-ci il təvəllüdlü Mamayeva Rübabə Hüseyn qızı, 1982-ci il təvəllüdlü Nəsibova Saidə Kamandar qızı, 1964-cu il təvəllüdlü Gülməmmədova Zinyət Qürbət qızı,1986-cı il təvəllüdlü Həmzəyeva Nərgiz Arzuxan qızı, 1989-cu il təvəllüdlü Qarayeva Qürbət Vidadi qızıdır.

Adları qeyd olunan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Yaralılardan 1-nin vəziyyəti ağır, qalanların vəziyyəti orta-ağırdır.

***

Səhiyyə Nazirliyi Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, qəza zamanı üç nəfər dünyasını dəyişib.

“Yeddi nəfər xəstəxanaya müraciət edib. Onlardan biri ağır, altısının vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir”, - məlumatda qeyd olunur. 

Ölənlərin şəxsiyyəti də məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər bir ailənin üzvləridir:

Bunlar 1949-cu iil təvəllüdlü Gülməmmədova Şücaət, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadidir.

Mikroavtobus sürücüsü 1986-cı il təvəllüdlü Həşimov Sərmayıl isə yaralıdır.

16:42

***

Şəmkirdə sərnişin daşıyan mikroavtobus aşıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qaracəmilli avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralıların bəziləri Şəmkir rayon Mərkəzi Xəstəxanasına və bəziləri isə Gəncə rayon xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей