Экономика

Bitkoinin qiyməti artmaqda davam edir

Dünyanın ən məşhur kriptovalyutası olan bitkoinin qiyməti 11 min dolları da ötüb.

BAKU.WS “Sabah”a istinadən xəbər verir ki, bitkoin 5 faiz faiz artaraq 11 min 234 dollara çatıb. Bu kriptovalyutanın qiyməti sonuncu dəfə 2018-ci ilin martında 11 min dollar olmuşdu.

Bitkoində yüksəlişə baxmayaraq, ən yüksək dəyərli kriptovalyutalar siyahısında ilk 100 valyutadan 68-nin qiyməti düşüb. Ən çox dəyər itirən isə 29,36 faizlə “Insight Chain” olub.

Qeyd edək ki, bitkoinin dəyəri 2019-cu ilin əvvəlindən bu günə qədər 190 faiz dəyər qazanıb.

Hazırda dünya üzrə 2279 kriptovalyuta mövcuddur.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей