Происшествия

Bakıda polis polkovnikinin oğlunun ölüm SƏBƏBİ BİLİNDİ (TƏFƏRRÜAT)

Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub.

BAKU.WS xəbər verir ki, ailəyə yaxın şəxslərin Bakupost.az-a verdiyi məlumata görə, 28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin, Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.
Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.

***

В Баку покончил с собой сын высокопоставленного чиновника.

Как передает Oxu.Az, случай произошел на улице Ага Нейматуллы в Наримановском районе столицы.

Житель Баку Орхан Агаев Алиаслан оглу 1991 года рождения сегодня бросился с последнего этажа пятиэтажного здания, в котором проживал. Молодой человек скончался.

На месте происшествия находятся сотрудники правоохранительных органов.

Покончивший с собой О.Агаев - сын начальника Управления уголовного розыска Главного управления полиции Баку, полковника Алиаслана Агаева.

По факту в Наримановской районной прокуратуре возбуждено уголовное дело по статье 125 (Доведение до самоубийства) УК.

 

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей