Общество

Zoologiya İnstitutu: Bulvarda ilanlara rast gəlmək adi haldır - VİDEO (YENİLƏNİB)

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Bakı bulvarında ilanların peyda olması ilə bağlı BAKU.WS-də yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Trend-ə danışıb.

O, bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntülərin­dən çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.

Zooloq Xəzər sahilində də ilanlara rast gəlməni adi hal hesab edib:

"Bulvarda ilanların peyda olması ilə bağlı bizə məlumat daxil olmayıb. Amma orada ilanlar olsa belə, bu, adi haldır.

Xəzərdə yaşayan su ilanları vaxtaşırı sahilə çıxırlar. Onlar adətən qidalarını dənizdə qəbul edirlər, Günəş şüası qəbul etmək üçün sahilə çıxır, sonra yenidən dənizə qayıdırlar. Su ilanları insan üçün təhlükəli deyil".

Qeyd edək ki, sosial şəbəkələrdə bulvarda ilanların peyda olması ilə bağlı məlumatlar yayılıb.

***

Bakı Bulvar İdarəsi ilanlarla bağlı yayılmış videogörüntüyə münasibət bildirib.

İdarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, bulvar ərazisində videogörüntüdə deyildiyi kimi, kütləvi ilanlar yoxdur.

“İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, - o əlavə edib.

G.Yelmarqızının sözlərinə görə, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub.

***

Ötən il olduğu kimi bu il də Dənizkənarı Milli Parkda ilanlar peyda olub.

BAKU.WS xəbər verir ki, ilanların bulvar ərazisində görünməsilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu barədə “Facebook” səhifələrində video görüntü paylaşılır.

Videoda bir nəfər bulvarda əlində gürzə tutub. O, ilanı bulvar ərazisində görüb və onu tutub.

Qeyd edək ki, ötən il yay aylarında da bulvar ərazisində ilanlarla bağlı məlumatlar yayılmışdı. 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей