Происшествия

" Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR - Məhkəmədə etiraflar

Minsk məhkəməsində dövlət ittihamçısı "Rəşad Gəncinski" kimi tanınan kriminal avtoritet Rəşad İsmayılovun məhkəməsi davam edir.
"Rəşad Gəncinski" Rusiya vətəndaşıdır, Moskvada yaşayır, evli və dörd azyaşlı uşağı var. Həbs edilən sürücü Vaydar Məmmədov isə Azərbaycan vətəndaşıdır, müvəqqəti olaraq Moskvada yaşayır və rəsmi olaraq sürücü kimi çalışır. Rus dilində zəif bildiyi üçün məhkəmədə tərcüməçinin xidmətindən istifadə edilir. Dmitri Gritsuk isə Belarus vətəndaşıdır, Moskvada yaşayır, evlidir və iki azyaşlı uşağı var.

Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.

 

Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.
Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər. Məhkəmə salonunda müttəhimləri üzləri maskalarla örtülü xüsusi təyinatlı qüvvələrin əsgərləri qoruyur.
"Gəncinski" məhkəmədə deyib ki, 2012-ci ildə borclu olduğu adam ona saxta vətəndaşlıq və xarici pasport təklif edib. "O vaxtdan mən öz əsl adımdan istifadə etmirəm. Mən bu pasporta öyrəşmişəm, fikirləşmişəm ki, bu pasport qanunidir", - deyə o, məhkəmədə bildirib.

Qeyd edək ki, "Rəşad Gəncinski" 2017-ci ilin avqustunda Abxaziyada güllələnmişdi. Rus mənbələri yazırdı ki, "Gəncinski" Abxaziyanın Qudauti şəhərinə Nadir Səfilovun ("Lotu Quli") tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə "Quli"yə yaxın olan "Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Nikolay Dqebuadzeyə dəstək vermək olub.

 

Məlumatda deyilirdi ki, "Nika" abxaz "qanuni oğru"ları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl "Quli" "Kuşa" ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma "Kuşa" Abxaziyaya girə bilməmişdi.
Qudautiyə gələn "Rəşad Gəncinski" və "Roma Stavropolski" şəhərdəki restoranların birində "Nika" ilə düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. "Stavropolski" yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən isə "Pıza" ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə azərbaycanlı "qanuni oğru" və "Nika Qaqrinski" güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, "Gəncinski" ayağından yaralanıbmış və müalicəsini yarımçıq qoyaraq xəstəxanadan qaçıb. "Qanuni oğru"nun güllə ilə "həmkarını" yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. "Rosbalt" yazır ki, "Pıza" öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini "qanuni oğru" kimi deyil, xuliqan kimi aparıblar. "Pıza" əlavə edib ki, "Nika Qaqrinski"nin "oğru" statusu sual altındadır, "Rəşad Gəncinskini" isə sifətdən tanımayıb. Bu səbəbdən də silaha əl atıb.
"Rəşad Gəncinski" "Quli"nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə il öncə yayılmışdı. Məlumatlarda deyilirdi ki, "Quli" "Rövşən Lənkəranski"nin qətlindən sonra güclənərək bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, "Rəşad Gəncinski" qanqsterlər arasındakı söhbətlərdən birində "Lənkəranski"nin onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyibmiş. "Rəşad Gənsinski" bildirib ki, "Lənkəranski"nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

 

Məlumat üçün deyək ki, "Rəşad Gəncinski" 1978-ci ilin 16 martında Gəncədə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhəllədə xırda cinayətlərə qarışıb. Daha sonra Moskvada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısamüddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü ilin fevralında Moskvada böyük "sxodka" keçirilir. Həmin "sxodka"da azərbaycanlı "qanuni oğrular"dan Vaqif Süleymanov ("Vaqif Diplomat"), Əlibaba Həmidov ("Qoca Yasamalski" öldürülüb), Arif Mehdiyev ("Arif Sumqayitski"), Yunus Nəzərov ("Yunus Yasamalski"), Baxış Əliyev ("Vaxa"-öldürülüb) iştirak edib. "Sxodka"da "Rəşad Gəncinski" "qanuni oğru" kimi taclandırılıb.(musavat.com)

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей