Политика

Novruz Məmmədov Şahin Mustafayevə daha bir vəzifə verdi

Nazirlər Kabineti "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 23 may tarixli qərarda dəyişiklik edib.

 
Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı Novruz Məmmədov imzalayıb. 
 
Qərara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Kollegiyanın sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevtəyin edilib.
 
Kollegiyanın üzvləri iqtisadiyyat nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru təyin ediliblər.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей