Политика

Ermənistan etiraf etdi: Əsgərimiz Azərbaycan tərəfə keçib

Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia” agentliyi yazıb. 

"Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”,-deyə işğalçı ölkənin nazirliyinin məlumatında qeyd olunur.

Xatırladaq ki, Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırılıb. 19 yaşlı Araik Kazaryan Ermənistanın Vayotsdzor bölgəsinin Yegeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı da var.

***

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей