Происшествия

Bakıda zəncirvari qəza baş verdi - 7 maşın toqquşdu

Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib. 

Demokrat.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb. 

Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей