Наука и Технологии

"iOS 13" sistemi təqdim olundu - "iPhone"larda inanılmaz yeniliklər - VİDEO

"Apple" şirkəti çoxdan gözlənilən "iOS 13" əməliyyat sistemini ötən gün gecədən istifadəyə verib.

BAKU.WS xəbər verir ki, yeni əməliyyat sistemi bir çox yeniliklərlə iPhone istifadəçilərini sevindirəcək. 

"Apple" bildirir ki, yenilənmə "iPhone 6s", "iPhone 5s", "iPhone 6" kimi modellərə şamil edilməyib.

Şəkillər bölməsində gün, ay və il kimi kateqoriyalar indi daha qabarıq görünür. Köhnə şəkilləri nəzərdən keçirmək çox asanlaşdırılıb.

"Google Maps"in ən populyar xüsusiyyətlərindən biri olan "Street View" da yenilənənlər arasındadır. 

"Face ID" sistemi isə yeni "iOS" versiyasında əvvəlki sistemə nisbətdə 30% daha sürətli işləyir. 

Artıq "AirPods" istifadə edərkən, "Siri" gələn mesajları oxuya bilər və qulaqlıqlarla birbaşa cavab verməyə imkan yaradır. Bundan əlavə, bir dostunuzla bir toxunuşla bir mahnını paylaşa bilərsiniz.

Bununla yanaşı, səs artırma və səssizə salmaq kimi funksiyaların dizaynında dəyişiklik olub. Teılefonlara oyun konsollarını, klaviyatura və “maus”  

"iOS 13" əməliyyat sistemi ilə bağlı daha ətraflı məlumatları təqdim etdiyimiz videodan əldə edə bilərsiz.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей