Происшествия

BDU-nun zəhərlənmədən dünyasını dəyişən tələbəsinin - FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

AZXEBER.COM-un məlumatına görə, tələbələrdən Həmidə İbadova və Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Ölən qız BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətovadır. Əslən Qusar rayonundan olan Ş.Xasmətova nişanlı olub və yayda onun toyu olacaqdı.

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей