Происшествия

Azərbaycanda daha dörd tələbə zəhərləndi

Şamaxıda bir gündə dörd tələbə dəm qazından boğulub.  

Son günlər rayonda dəm qazından zəhərlənmə halları çoxalıb.  

Bu gün günorta saatlarından iki nəfər, axşam saatlarında isə daha iki nəfər xəstəxananaın qəbul şöbəsinə dəm qazından boğulma ilə müraciət edib.  

Onlar Ağsu rayon Gəgəli kənd sakini, 2002-ci il təvəllüdlü Kərimova Ayşən Kərim qızı, onun həmkəndlisi, 2002-ci il təvəllüdlü Mirzəzadə Qızbəs Şükür qızı, həmçinin İsmayıllı rayon sakini, 2000-ci il təvəllüdlü Murtuzəliyeva Lələ Simran qızı və Ağsu rayon Qaraqoyunlu kənd sakini, 2001-ci il təvəllüdlü Məcidova Şahanə Şərafətdin qızı dəm qazıdan zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib.  

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığı üçün evə buraxılıblar.  

Xəstələrin dördü də müxtəlif saatlarda hamam otağında olarkən zəhərlənib.  

Onların Şamaxıda təhsil aldığı bildirilir. 

 

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей