Происшествия

İran Ukraynanın "Boeing 737" təyyarəsini belə vurub - VİDEO

Kiyevə uçan Ukraynan Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin raketlə vurulmasını özündə əks etdirən simulyasiya videosu yayılıb. 

BAKU.WS xəbər verir ki, görüntü təyyarənin Tehran səmasında olarkən İranın Hərbi Hava Qüvvələri tərəfindən raketlə vurulmasından bəhs edir. 

İranın İnqilab Keşikçilər Korpusu Ukraynanın "Boeing 737" təyyarəsini döyüş təyyarəsi hesab edərək səhvən raketlə vurub. 

Rəsmi olmayan məlumata görə, "Boeing 737"ə Tehran səmasında 30 saniyə fasilə ilə iki dəfə atəş açılıb.

Qeyd edək ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran hava limanından havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb. Təyyarədə olan 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həyatını itirib.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей