Спорт

AFFA milli komandaya yeni baş məşqçi tapıb

Qazaxıstanın "Astana" klubu ilə yollarını ayıran Roman Qriqorçuk yenidən Azərbaycanda çalışa bilər.

Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Bildirilir ki, Qazaxıstan klubu ilə yenicə sağollaşan təcrübəli mütəxəssisin işsiz günləri çox çəkməyəcək. Onun Azərbaycan millisinin "sükanı arxası"na keçməsi gözlənilir. Həmkarlarımız hətta AFFA-nın 55 yaşlı çalışdırıcı ilə danışıqlara başladığını vurğulayıblar.

Roman Qriqorçuk  

Qeyd edək ki, Roman Qriqorçuk 2014-2018-ci illərdə ölkəmizdə "Qəbələ"yə rəhbərlik edib. (apa)

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей