Происшествия

Azərbaycanda direktor işdən çıxdı, hər kəs ayağa qalxdı - VİDEO

Abşeronda məktəb direktorunun işdən çıxarılması narazılığa səbəb olub.

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, Abşeron rayon, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva bir müddət əvvəl işdən çıxarılıb. Onun yerinə isə Ruhiyyə Tağıyeva adlı şəxs təyin edilib.

Məktəbdəki bu təyinat bəzi müəllim, valideyn və şagirdlər tərəfindən birmənalı qarşılanmayıb. Müəllimlər deyirlər ki, son 21 ildə məktəbdə 7 direktor dəyişilib. Bu isə onların pedaqoji fəaliyyətinə mənfi təsir edir. Üstəlik, əvvəlki direktor, yəni Çinarə Atayevadan çox razı qalıblar.

Valideynlər deyirlər ki, əgər yeni direktor məktəbdə qalacaqsa, övladlarını başqa məktəbə keçirəcəklər. Şagirdlər də dəyişikliyi qəbul etmirlər.

Məsələ ilə bağlı məktəbin hazırki direktorunun münasbiətini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.

Təhsil Nazirlyindən isə ''Xəzər Xəbər''ə bildirib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı nazirliyin səlahiyyətindədir. Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin olunur və yerli təhsili idarəetmə qurumunun rəhbəri tərəfindən kollektivə təqdim olunur.

Sözügedən məktəbdə direktor vəzifəsi 2018-ci il yanvar ayından Çinarə Atayevaya həvalə olunmuşdur.

Yeni direktor təyinatı ilə bağlı əlavə məlumat veriləcək.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей