Происшествия

Ana 16 yaşlı qızını axtarır: "Zəng vurub dedi ki, ana, qatarın qapısı bağlandı, çıxa bilmədim" - VİDEO

Bakıda 16 yaşlı qız itkin düşüb.

BAKU.WS xəbər verir ki, Rəfiqə Niyaməddin qızı dünən saat 13.00-da Buzovnada yaşayan bibisigildən evə gələrkən itkin düşüb.

Yeniyetmə qız anasına zəng vuraraq metronun Nərimanov stansiyasında düşmək istəyərkən qatarın qapılarının bağlandığını və geri qayıtmaq üçün nə etməli olduğunu soruşub. Rəfiqə danışarkən anasına telefonunun 2 faiz enerjisinin qaldığını deyib. Bu danışıqdan sonra anası ona zəng vurduqda artıq telefon qapalı olub.

Ananın sözlərinə görə, Rəfiqə şəhəri tanımır.

Rəfiqəni görənlər və tanıyanlardan yaxınlıqdakı polis bölmələrinə və ya (050) 501 01 47 nömrəli telefona zəng edib məlumat vermək xahiş olunur.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей