Общество

Məktəblər bağlanacaq? – TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov koronavirus təhlükəsiylə əlaqədar təhsil müəssisələrində dərslərin qeyri – müəyyən müddətə təxirə salınmasını təklif edib.

Ekspert uşaqların qorxulu virusdan qorunması üçün bu addımın qaçılmaz olduğunu bildirib.

Qeyd edək ki, valideynlər də sosial şəbəkələrdə məktəblərin bağlanılmasıyla bağlı arzularını dilə gətirir, müxtəlif paylaşımlar edirlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bu məsələnin onların səlahiyyətində olmadığını deyib:

"Məktəblərin bağlanılması Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Bu problem mənim, yaxud hansısa ekspertin məsləhət verməsi ilə öz həllini tapa bilməz. Nazirlər Kabinetinin aidiyyatı komissiyaları məsələni müzakirə edib, müvafiq qərar qərar qəbul etsə, biz həmin qərarı icra edəcəyik”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей