Авто

Azərbaycanda köhnə avtomobillər necə yenilənə bilər?

Azərbaycanda ömrünü başa vurmuş köhnə avtomobillərin yeniləri ilə əvəz edilməsi üçün hibrid avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq əhəmiyyətli rol oynaya bilər.

BAKU.WS xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Trend-ə deyib.

Onun sözlərinə görə, ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti ən azı 40 faiz ucuzlaşar.

Ekspert bildirib ki, köhnə avtomobillər qəzaya uğrayan zaman daha çox insan ölümünə səbəb olur:

"Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur.

Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir".

Ə.Hüseynovun sözlərinə görə, bu gün Azərbaycanda avtomobil parkının təqribən 55-60 faizini köhnə avtomobillər, yəni istismar müddəti 15 il və ondan çox olan avtomobilər təşkil edir.

Ekspert vurğulayıb ki, ekoloji baxımdan da hibrid avtomobillər daha faydalıdır:

"Köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Hibrid avtomobillər isə ekoloji baxımdan çox faydalıdır.

Hibrid avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması bir çox insanlar tərəfindən təklif edilib və müxtəlif dövlət qurumları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazilirliyi bu təşəbbüsü dəstəkləyir".

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей