Общество

Koronavirusdan ölən qızın ürək dağlayan paylaşımı - FOTO

ürkiyədə koronavirusdan ölən 33 yaşlı Dilək Tahtalının son paylaşımları insanları daha da təşvişə salıb..

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, onun yazdıqları epidemiyanın nə qədər təhlükəli olduğunu bir daha təsdiqləyib.

Subay və evin tək övladı olan Diləyin 7 və 9 mart tarixlərində, yəni xəstəxanada yatmadan öncə "Twitter"də yazdıqları ürəkləri dağlayıb:

“Burun tutulması, axıntı, baş ağrısı, halsızlıq, günün sonunda başlayıb bütün gecəni yatmağa qoymayan kriz halında öskürək..."

 

"Temperaturum, düş, əl çək məndən! Hər dəqiqə sirkə-aspirinli su, ilıq duş, buz kimi havada eyvana çıxmaqdan huşumu itirəcəm”.

Qeyd edək ki, Dilək İstanbulda "Acıbadem International Hastanesi"ndə çalışırdı. O, CHP-li sabiq millət vəkili Ramiz Topalın qohumudur. R.Topal mediaya açıəqlamasında bildirib ki, Dilek koronavirusa yoluxduğundan şübhələndiyi ilk günlərdə xəstəxanaya müraciət edib, lakin onun vəziyyəti ağır olmadığından testdən keçirməyiblər və xəstəxanaya qəbvul etməyiblər. 

Martın 10-da yüksək hərarət və halsızlıq şikayətləri ilə iki xəstəxanaya müraciət edib. Lakin xəstəxanaların ikisinin də reanimasiya şöbəsində boş yer olmayıb. Artıq gec olduğundan onun həyatını xilas edə bilməyiblər.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей