Общество

Kommunal ödənişlərlə bağlı sevindirici xəbər

"Düşünürəm ki, yaxın günlərdə Nazirlər Kabineti və İşçi qrupları əhaliyə kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq edəcək".

BAKU.WS-in məlumatına görə, bunu ATV Qərargah verilişinə qonaq olan millət vəkili Vüqar Bayramov deyib.

O, bildirib ki, Nazirlər Kabinetinə karantin rejimi ilə bağlı təklif edib ki, kommunal xidmətlərdən istifadədə güzüşət limiti artırılsın.

"Güzəşt limiti artırıldıqda əhalinin ödənişin məbləği də azalacaq və eyni zamanda kommunal xidmətlər təqdim edən qurumlar ödənişləri yığmağa davam edəcəklər ki, bu da indiki məqamda vacib amillərdən biridir", - deyə Vüqar Bayramov bildirib.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей