Экономика

“Azərsu” 8600 əməkdaşını məzuniyyətə göndərir

Bu gündən Azərsu Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.

Bu barədə Axar.az-a qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirus təhlükəsinin qarşısının alınmasıdır:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasosstansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей