Происшествия

Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - VIDEO - YENİLƏNİB-1

Bazarda baş verən yanğın söndürülüb.

Hazırda FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir. 

***

 

01:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

00:56

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tikinti materialları bazarında yanğın baş verib.

APA xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей