Общество

Xanım millət vəkilindən xeyirxah addım: “Bu marketlərdəki rəfləri boş qoymayaq...” - FOTO

“Son günlər Azərbaycanın müxtəlif bölgələrində bəzi market sahibləri tərəfindən irəli sürülən humanist təşəbbüsün şahidi olduq. Biz də qısa zaman çərçivəsində “Deputat Qərargah”ında yaradılmış İşçi Qrupunun üzvləri ilə birgə operativ şəkildə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə əlaqə quraraq, 10-dan çox market daxilində “Ehtiyacı olanlara öz payından pay ver” guşəsini yaratdıq”. 

Oxu.Az xəbər verir ki, bu sözlər millət vəkili Könül Nurullayevanın seçicilərinə və bütövlükdə ölkə vətəndaşlarına növbəti müraciətindəndir. 

Xeyirxah missiyaya dəstəyini ifadə edən xanım millət vəkili yaradılan həmin guşələri lazımi ərzaq məhsulları ilə təmin etdiklərini və bu estafetin davamını xeyirxah insanlara ötürdüklərini bildirib.

Onun sözlərinə görə, kampaniya ərzində yaxın ətrafda yaşayan sakinlərin həftədə bir dəfə olmaq şərtilə şəxsiyyət vəsiqəsini təqdim etməklə ehtiyacı olan ərzaq məhsullarını ödəniş etmədən götürmək imkanı olacaq: 

“Bu çətin günlərdə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur. İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırıram. Xalqımız hər zaman xeyirxahlığı, mərhəməti ilə seçilib və bu yüksək keyfiyyətlərinə indiki ağır günlərdə də sadiq qalacağına inanıram”. 

Daha sonra millət vəkili “Ehtiyacı olanlara öz payından pay ver” aksiyasında iştirak edən Nizami rayon ərazisindəki bütün marketlərə (aşağıda adları və ünvanları qeyd olunub) təşəkkürünü bildirib və digər marketləri də bu təşəbbüsə qoşulmağa dəvət edib.

Xeyriyyəçilik marafonuna qoşulan marketlərin siyahısını təqdim edirik. Xatırladaq ki, təşəbbüsə sonradan dəstək verən marketlərin də adları siyahıya əlavə olunacaq. 

1. Rüstəmov küçəsi - 43, 47 saylı binaların həyəti - “Bəxtiyar” market

2. Şərifli küçəsi - 104a, 104b saylı binaların həyəti - “Həyat” market

3. Nəsimi küçəsi - 28 saylı binanın həyəti - “Həyat” market

4. M.Abbasov - 43 saylı binanın həyəti - “Nuray” market

5. E.Süleymanov küçəsi - 133 saylı binanın həyətindəki market 

6. Q.Qarayev prospekti - 69 saylı binanın həyəti - “Qalib” market

7. Naxçıvanski küçəsi - 77 saylı binanın həyəti - “Bolluq” market

8. Məhsəti küçəsi - 5 saylı binanın həyəti - “Sərxan” market

9. E.Süleymanov küçəsi - 108 saylı binanın həyətindəki market

10. Rüstəmov küçəsi - 66, 68 saylı binaların həyətindəki market

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей