Общество

Son dəqiqə! Kamil Zeynallı həbs edildi - FOTO

“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.

BAKU.WS-in məlumatına görə, bunu Oxu.Az-a fitness məşqçisi Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.

19:20

Tanınmış fitness məşqçisi Kamil Zeynallı həbs edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə onun İnstagram hesabında məlumat paylaşılıb. 

Köməkçisinin adından edilən paylaşımda Kamil Zeynallının koronavirusla bağlı karantin qaydalarını pozduğuna görə saxlanıldığı bildirilib.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей