Общество

Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR? - Operativ Qərargah AÇIQLADI

Azərbaycanda koronavirusa yoluxma statistikası 3 rəqəmli olsa da karantin rejimi sərtləşdirilməyəcək.

Milli.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın hazırda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Sözçü çıxışında "Doğrudur, bəzi başqa ölkələrdə hətta yumşalmalardan sonra sərtləşməyə dönüşlər var. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşməyə qayıtmağı zəruri saymır" bildirib.

İ.Məmmədov deyib ki, karantin rejiminin daha da yumşaldılması və ləğv edilməsi də hələlik mümkün hesab edilmir: "Yəni, nə sərtləşdirilməyə getmək məqbul hesab olundu, nə də karantin rejiminin indiki olduğundan daha da yumşaldılması mümkün hesab olunmur. Ona görə vəziyyət olduğu kimi qalır. Bu barədə qərar qəbul olunub. Yaxın günlərdə isə bu barədə yekun qərar elan olunacaq".

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей