Происшествия

Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum oldu - RƏSMİ AÇIQLAMA - VİDEO

BAKU.WS xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib.

Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib. Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir. Yekun qərar olduqda ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə Ehsan Zahidov bildirib.

E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yazılanlara görə, “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Forumun məqsədi itlərin pulla döyüşlərini təşkil etməkdir. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklər iştirak edir. Narkotik tərkibli iynələr vurulan itlər bir-birləri ilə ölənədək döyüşdürülür. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Məğlub heyvanın başı kəsilərək cəsədi daha cavan itlərə yedirdilir. Bunu cavan itlərin qan iyini alaraq daha ağzın olması üçün edirlər.

***

Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir.

BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Yazılanlara görə, “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Forumun məqsədi itlərin pulla döyüşlərini təşkil etməkdir. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklər iştirak edir. Narkotik tərkibli iynələr vurulan itlər bir-birləri ilə ölənədək döyüşdürülür. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Məğlub heyvanın başı kəsilərək cəsədi daha cavan itlərə yedirdilir. Bunu cavan itlərin qan iyini alaraq daha ağzın olması üçün edirlər. 

Forumun yaradıcıları və Azərbaycandakı bu ölümcül döyüşlərin təşkilatçılarının 5 nəfər olduğu bildirilir. Onlar Rüfət, Murad, Mətləb, Hüseyn və digəridir.

Maraqlıdır ki, dəfələrlə onlar barədə məlumatlar verilsə də hələ də forum ləğv edilməyib və onlar saxlanılmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, bu barədə araşdırmalar aparılacaq. Döyüşlərin konkret keçirildiyi ünvan müəyyən olunacaq və təşkilatçılar tezliklə cəzalandırılacaq.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей