Происшествия

“Dominos Pizza”nın daha bir kuryeri qəzaya uğradı

Bu gün “Domino's pizza” şirkətinin daha bir əməkdaşı qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi, jurnalist Nurlan Cəfəri məlumat yayıb.

Onun sözlərinə görə, hadisə bu gün saat 13 radələrində Xırdalanda qeydə alınıb. Şirkətdə kuryer işləyən Samir İmanov idarə etdiyi motosikleti ilə qəzaya uğrayıb.

“Dominos pizza”nın Samir adında daha bir əməkdaşı "30 dəqiqə çatdırılma" kampaniyasının qurbanı olub. Qəzaya uğrayan Dominosun sürücüsü İmanov Samir Elşad oğlunun vəziyyətinin ağır olduğu bildirilir”, - deyə Nurlan Cəfəri qeyd edib.

Məsələ ilə bağlı şirkətdən bildirdilər ki, hadisə Xırdalanda təmir aparılan yolda qeydə alınıb.

“Xırdalanda təmirli yolda qabağına maşın çıxıb. Dizi sürtülüb, heç əzilməyib də. Hər ehtimala qarşı dizini rentgenə salıblar. Heç bir şey yoxdur”, - deyə bildirilib.

Xatırladaq ki, mayın 23-də Atatürk prospektində “Domino's pizza”da kuryer işləyən Ülvi Məmmədov motosikleti ilə qəzaya düşüb. O, aldığı xəsarətdən vəfat edib.

Sosial şəbəkələrdə qeyd edilir ki, gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır.

Hadisə ilə bağlı “Domino's Pizza”dan “Qafqazinfo”ya bildirilib ki, həmin qəzanın “30 dəqiqə” kampaniyası ilə əlaqəsi olmayıb:

“Sosial mediada müzakirə edilən məqam, gecikmə olan zaman müştəriyə verilən hədiyyə pizzanın ödənişinin işçilərimizdən alınması haqqında olan mənbəyi bəlli olmayan səhv məlumatdır”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей