Спорт

Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ

Nazirlər Kabineti yanında operativ qərargahın 29 may tarixli növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyü vurğulanıb.

Oxu.Az xəbər verir ki, bu açıqlamadan irəli gələrək Gənclər və İdman Nazirliyi məlumat yayıb:

“Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir.

Federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında operativ qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların  verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib.

İdmançıların regionlarda yerləşən Olimpiya İdman Komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей