Общество

Deputatdan TƏKLİF: “Avtomobillər üçün verilən etibarnamə ləğv edilsin”

“Dünya praktikasında avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Azərbaycanda da avtomobilin idarəsi üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”.

Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin iclasında deputat Azər Badamov belə təkliflə çıxış edib. 

O bildirib ki, Azərbaycanda vətəndaş yaxın qohumunun avtomobilini etibarnamə olmadan idarə edə bilmir.

“Bu halda qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. SSRİ-dən qalma məsələ olan etibarnamə bu gün aktuallığını itirib. Çünki avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür”, - deyə A.Badamov əlavə edib. 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей