Происшествия

Bərdədə anası və bacısını öldürən şəxs polisə təslim olub

İyunun 1-də Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində anasını və bacısını gülələyərək öldürən şəxs polisə təslim olub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Toğrul Zeynallı Bərdə Rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub. 

Qeyd edək ki, həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən, təxminən, 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

 

 

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей