Общество

SOCAR-ın vitse-prezidentinin oğlu sanatoriya açıb – FOTOFAKT

Dövlət Neft Şirkətinin (SOCAR) Sosial məsələlər üzrə virse-prezidenti Bədəl Bədəlovun oğlu yeni şirkət təsis edib.

Yeniavaz.com xəbər verir ki, qanuni təmsilçisi Elvin Bədəlov olan "Naftalan Mərkəzi Sanatoriyası” MMC bu ilin aprel ayının 2-də dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, ev 32Ş m 79-da yerləşir.

Xatırladaq ki, daha əvvəl mətbuatda Bədəl Bədəlovun digər övladı Elçin Bədəlov sosial şəbəkələrdə özünün bahalı avtomobilinin şəkilini paylaşması ilə gündəmə gəlmişdir.




Məlumat üçün qeyd edək ki, SOCAR Sosial məsələlər üzrə virse-prezidenti Bədəl Bədəlovun 1961-ci ildə Goranboy rayonunda anadan olub. 1997-2003-cü illərdə "Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışıb.

 

2003-cü ildə "Azərneftyanacaq” Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2005-2007-ci illər ərzində SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adına layiq görülüb.

Источник: anews.az

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей