Общество

Gələn həftənin cümə və şənbə günləri sərt karantin rejimi tətbiq olunacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti həftə də sərt karantin rejiminin tətbiqi haqqında qərar verib. Qərara görə, gələn həftə cümə və şənbə günü sərt karantin rejimi tətbiq olunacaq, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılacaq.

Bunu iyunun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bazar günü də təması minimuma endirmək üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей