Происшествия

Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı

Bakıda oğurluq hadisəsi baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.

Faktla bağlı araşdırmalar aparılır.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей