Общество

Əhalinin NƏZƏRİNƏ!!! Ayın 5-dən sonra sərt karantin rejimi...- İbrahim Məmmədov AÇIQLADI

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilir.

Sosial şəbəkələrdə şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı ilə bağlı iddialar səsləndirilir. Bu həftə şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacaq?

Bununla bağlı danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə heç bir məlumat yoxdur: "Hazırda 8 rayon və şəhərdə sərt karantin rejimi tədbiq edilir. Sərt karantin rejiminin bitməsinə bir neçə gün var. Vəziyyətdən asılı olaraq uyğun və müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq".

 

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей