Культура

Rusiyada yaşayan azərbaycanlı müğənni koronavirusa yoluxdu

Rusiyada “Bahh Tee” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Bəxtiyar Əliyev koronavirusa yoluxub.

BAKU.WS xəbər verir ki, sənətçi bu barədə sosial hesabında məlumat verib.

Koronavirusa yoluxduğunu bildirən Bahh Tee ünsiyyətdə olduğu insanları yoluxdurduğundan narahatlığını bildirib:

“Koronavirus mənə də çatdı. Təəssüf ki, son günlərdə çox sayda insanla təmasda olmuşam. Dünən hipermarketdə oldum, bir neçə nəfər mənimlə şəkil çəkdirdi. Hamısı maskalı idi, amma şəkil çəkdirəndə çıxardılar. Buna görə də bu insanlarla necə əlaqə quracağımı bilmirəm, yalnız bu şəkildə onlara xəbərdarlıq edə bilərəm.

Ümumiyyətlə, hər şey yaxşı olacaq, mənə görə narahat olmayın, güclüyəm. Əsas odur ki, özünüzə qayğı göstərin, xəstə olmayın. Kim mənimlə ünsiyyətdə olubsa, ikiqat testdən keçsin”, - deyə sənətçi bildirib.

Bahh Tee-nin Bakıya həsr etdiyi klipini təqdim edirik. Klipdə Xalq artisti Alim Qasımovun da səsi eşidilir.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей