Общество

SON DƏQİQƏ! DİN Saatlı rayonunda aksiya keçirməsi ilə bağlı açıqlama verib.

Daxili İşlər Nazirliyi Saatlı rayonunda bir qrup sakinin su probleminə görə yolu kəsməsi və aksiya keçirməsi ilə bağlı açıqlama verib.

BAXAR.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu gün səhər saat 10:30 radələrində Saatlı rayonunun bir qrup kənd sakini toplaşaraq ərazidən keçən magistral avtomobil yolunu bağlamağa cəhd ediblər:

“Dərhal hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları və rayonun digər aidiyyatı qurumlarının rəhbər şəxsləri gəliblər. Sakinlərlə profilaktik söhbətlər aparılıb, onlardan bir neçə sakin rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilib. Heç bir insident, polisə qarşı müqavimət olmayıb. İctimai asayiş tam bərpa olunub. Yolu bağlamağa cəhdin qarşısı alınıb”.

***

Saatlı rayonunun bir neçə kəndinin sakinləri etiraz aksiyası keçirir.

BAXAR.AZ xəbər verir ki, Saatlının bir neçə kəndinin sakinləri su problemindən əziyyət çəkdikləri üçün etiraz aksiyası keçirir. Əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Sakinlər su problemlərinin həll olunmasını tələb edirlər.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей