Общество

Bakı metrosunun yenidən bağlanması problem yaradacaq? - AÇIQLAMA

“Bakı metrosunda 170 minə yaxın sərnişin daşınırdı”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

Ş.Mövsümov bildirib ki, bu sayın azalması üçün ekspress marşrutlar istifadəyə verilib:

“Bu proseslər daha əvvəlki dövrdə tətbiq edildi. İnsanların zərurət olmadığı təqdirdə paytaxtın bir rayonundan digərinə getmələrinin qarşısını almaq üçün nəzarət gücləndirildi. Odur ki, bu gün metronun yenidən bağlanmasının ciddi problem yaratmayacağını düşünürük”.

O qeyd edib ki, avtobuslarda sıxlığın yaranmaması üçün sərnişinlər səbrli olub, digər avtobusların gəlməsini gözləyə bilər.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей