Общество

SON DƏQİQƏ! Operativ Qərərgah indilərdə açıqladı: Bu ərazilərdə yoluxma çoxaldı

Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb.

Oxu24.com xəbər verir ki, yoluxmanın 55,1 %-i Bakının payına düşür.

Sonrakı yerlərdə 16,3%-lə Abşeron, 8,4%-lə Gəncə-Qazax, 7,5%-lə Aran, 5,8%-lə Lənkəran, 1,6%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,2%-lə Dağlıq Şirvan qərarlaşıb. Bu dəfə Naxçıvan Muxtar Respublikasında yeni yoluxma faktı qeydə alınmayıb.

Ölkə xaricindən gələn şəxslərin isə 1,3 faizi virusa yoluxub.

Aktiv halların ərazi üzrə bölgüsünə gəlincə, bu göstərici Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə 3%, Cəlilabadda 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% təşkil edir.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 20 837 nəfər virusa yoluxub. Onlardan 12 182 nəfəri sağalıb, 258-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 8 397 nəfər təşkil edir. Ümumilikdə isə 522 773 müayinə aparılıb.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей