Общество

Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - AÇIQLAMA

“Mən ictimai nəqliyyatdan istifadə edirəm”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, tərtib edilən qaydalar beynəlxalq normalara uyğun təyin edilir:

“Bəli, ictimai nəqliyyatda sıxlıq müşahidə olunurdu. Mən özüm də ictimai nəqliyyatdan istifadə edirəm və vəziyyəti müşahidə edirəm. Bu istiqamətdə ictimai nəqliyyatda avtobusların sayının artırılması tapşırıldı.

Avtobusların sıxlığına yol verməmək üçün iş saatları dəyişdirilib. Bütün bunlar sərnişin avtobusunda tənzimlənə bilir. Metroda bu kimi tədbirlərin görülməsi nisbətən məhdud olduğundan fəaliyyətinin dayandırılmasına qərar verilib”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей