Общество

Qaxa istirahətə gedənlər cəzalandırıldı - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan rayonlardan icazələri olmadan, qaydaları pozaraq, istirahətə gedən şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, Qax rayonuna istirahət məqsədilə gedən şəxslər müəyyən edilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей